“2026-cı il Davos İqtisadi Forumunun iştirakçılarına 2026-cı il qlobal risklər hesabatı təqdim edilmişdir. Həmin hesabatda iki mühüm amil nəzərə alınır 2026–2028-ci illər üçün yaxın müddətli risklər və 2026–2036-cı illər üçün onillik risklər”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“2026–2028-ci illər üçün risklərə baxsaq, əsas məqamlar belədir ki, geoiqtisadi konfrontasiya artacaq, ticarət müharibələri çoxalacaq, misinformasiya və dezinformasiya güclü şəkildə artacaq, süni intellektin yaratdığı fəsadlar çoxalacaq və dövlətlər arasında münaqişələr davam edəcək. Eyni zamanda, dünyada iqtisadi qeyri-bərabərliyin artması da gözlənilir.
Bu baxımdan Azərbaycanın verə biləcəyi töhfə dünya iqtisadiyyatına və geosiyasi gündəmə çox əhəmiyyətlidir. Azərbaycan həm münaqişələrin həllində uğur qazanmış, Ermənistan-Azərbaycan münaqişəsini sülh gündəminə çevirə bilən yeganə ölkədir.
İkinci önəmli məsələ, Davos İqtisadi Forumunda müzakirə edilən qlobal risklərdən biri ətraf mühit və ekoloji problemlərdir. 2026–2036-cı illərdə dünyada alternativ enerji mənbələrinə daha çox ehtiyac yaranacağı, su qıtlığı və digər ekoloji problemlərin artacağı gözlənilir.
Azərbaycan artıq bu problemlərin həlli yollarını indidən təqdim edir. Masaya qoyulmuş layihələr arasında yaşıl enerji, alternativ və bərpa olunan enerji, külək enerjisi, elektrik enerjisinin ixracı və Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirilən tədbirlər, həmçinin transport və kommunikasiya infrastrukturunun inkişafı vardır”.
Şəbnəm












