Ələtdə bədbəxt hadisə - Ölən var

  • Müəllif: Firuzə
  • 27 Fevral 2026 10:03

Ələtdə kişi hündürlükdən yıxılaraq ölüb.

Gununsesi.info xəbər verir ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılıb.

Xəstəxanaya yerləşdirilən V.Səfərov aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info