ABŞ hərbçilərin sayını artırmağı planlaşdırır

  • Müəllif: Firuzə
  • 24 May 2026 10:33

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.

“Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq”, – deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-cı il üçün nəzərdə tutulan işə qəbul hədəflərinə çatıb və hərbçilərin hazırkı sayı 1,8 milyon nəfərdir.

Gununsesi.info