“Üç həftəlik fasilədən sonra yenidən layiq olduğumuz yerdəyik – parlamentdə, xalqın bizə həvalə etdiyi vəzifəni yerinə yetirdiyimiz kürsüdəyik”.
Gununsesi.info xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayının etibarsız sayılması ilə bağlı apelyasiya məhkəməsinin qərarından sonra müvəqqəti olaraq partiya sədrliyi vəzifəsindən uzaqlaşdırılan CHP-nin parlament qrupunun sədri Özgür Özal partiyasının qrup iclasında çıxışı zamanı deyib:
“Biz də sizin kimiyik. Sadəcə, zaman keçdikcə hadisələri daha düzgün dəyərləndirməyi, dostu düşməndən ayırmağı öyrənmişik.
Bizi bu kürsüyə xalq gətirib, bu səlahiyyəti bizə xalq verib. Türkiyədə xalqın qalib gəldiyi qəbul olunana qədər bu böhran sona çatmayacaq.
Türkiyənin ən böyük problemlərindən biri vergi yükünün ədalətsiz bölüşdürülməsidir.”
Günay











