Bu ərazilərdə su kəsiləcək

Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində iyunun 2-dən 4-ü günorta saatlarına qədər fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Buna səbəb isə yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləridir.

 

Gununsesi.info