İsrail İranda neft-kimya şirkətinə zərbə endirdi

  • Müəllif: Firuzə
  • 08 İyun 2026 09:00

İsrail İranda neft-kimya şirkətinə zərbə endirib.

Gununsesi.info-nun məlumatına görə, Xuzistan vilayəti valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliəllah Həyati jurnalistlərə açıqlamasında bir neçə dəqiqə əvvəl Mahşəhrdə yerləşən “Karun” neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qaldığını, nəticədə müəssisənin bir hissəsinin zədələndiyini bildirib.

O əlavə edib ki, dəymiş ziyanın miqdarı və mümkün itkilərlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq.

Gununsesi.info