Varis Yolçuyevin “Gecə reysinə bilet” kitabının təqdimatı Mir Cəlalın Ev-Muzeyində keçiriləcək

  • By Admin2
  • 02 İyul 2026 10:57

Yazıçı Varis Yolçuyevin yeni kitabı “Gecə reysinə bilet”in təqdimatı sabah Mir Cəlalın Ev-Muzeyində – Ədibin Evində baş tutacaq.

Gununsesi.info-nun xəbərinə görə, müəllif bu təqdimatın onun yaradıcılıq həyatında xüsusi yer tutacağını bildirib.

Varis Yolçuyevin sözlərinə görə, indiyədək müxtəlif ölkələrdə və nüfuzlu məkanlarda kitab təqdimatları keçirilib.

O, xüsusilə İstanbulda Taksim Atatürk Kültür Mərkəzində, Moskvada Qızıl Meydanda, Nyu-Yorkda Brodveydə və Bakıda Konqres Mərkəzində təşkil olunan təqdimatların onun üçün ən yaddaqalan tədbirlər sırasında olduğunu qeyd edib.

Yazıçı hesab edir ki, Mir Cəlalın Ev-Muzeyində keçiriləcək sabahkı təqdimat da həmin unudulmaz tədbirlər sırasında yer alacaq.

Elmar

Gununsesi.info