Hacıqabulda sərnişin avtobusu aşdı, 30-dan çox xəsarət alan var - FOTO - YENİLƏNİB

Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) 12.07.2026-cı il tarixində saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.

 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

 

Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO

Gununsesi.info