Samuxda kütləvi zəhərlənmə - YENİLƏNİB

İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir”, məlumatda deyilir.

***

Samux rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 10-dan artıq şəxs qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib (APA).

Gununsesi.info