Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Queen Elizabeth” təyyarədaşıyan gəmisində Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat paylaşıb.
“Komandamızın Britaniyaya səfərinin Endi Bernemin vəzifəyə başlamasından bəri ilk rəsmi səfər olmasını yüksək qiymətləndiririk”, – deyə Zelenski bildirib.
Səfərdən bir qədər əvvəl Bernem Rusiyaya müraciət edərək Ukraynaya dəstəyin sarsılmaz olaraq qaldığını bəyan etmişdi. O, ədalətli sülh bərqərar olana qədər Böyük Britaniyanın geri çəkilməyəcəyini vurğulamışdı.
Xatırladaq ki, E. Bernem iyulun 20-si Britaniyanın Baş naziri seçilib. Onun ilk rəsmi görüşü isə V. Zelenski ilə baş tutub.












