Rusiya Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğunlaşıb və bu təzyiqlər altında yaşayıb inkişaf etməyi öyrənib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Aİ-nin Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketini şərh edən D.Peskov qeyd edib ki, hazırda qlobal iqtisadiyyatda sürətli artım dövrü olmasa da, Rusiya iqtisadiyyatda müəyyən inkişaf tempini qoruyub saxlaya bilir.












