Putin İlham Əliyevlə müzakirə apardı

  • Müəllif: Orxan
  • 28 İyul 2026 12:56

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər ikitərəfli münasibətləri, beynəlxalq gündəmi və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Məlumata görə, dövlət başçıları ikitərəfli və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirəsi zamanı Rusiya-Azərbaycan əlaqələrinin konstruktiv xarakter daşıdığını qeyd ediblər.

Tərəflər hökumətlər və aidiyyəti qurumlar arasında dialoqun fəallaşdığını da vurğulayıblar.

Vladimir Putin və İlham Əliyev qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi əzmində olduqlarını təsdiqləyiblər.

Gununsesi.info