Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 18:46
Azərbaycanın Xalq artisti Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verilib.

Gununsesi.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu sənəddən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Gununsesi.info