Yevlaxda gənc qızın zəhərlənmədən ölməsi ilə ehtimalı ilə bağlı araşdırma başlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:
“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.










