Aldığı məhsulun tarixi 1023 il sonraya aid oldu

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 19:15

Şair Cahandar Aybər sosial media hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

O, aldığı pomidorun üzərindəki son istifadə tarixini paylaşaraq istehzalı şəkildə yazıb:

“Deyəndə ki, mən gələcəkdə yaşayıram, heç kim inanmır. Dünən aldığım pomidorun satış tarixinə baxın: 06.11.3049-cu il”.

Paylaşılan məhsulun etiketində son istifadə tarixinin 06 noyabr 3049-cu il kimi göstərilməsi sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub.

Elmar
Gununsesi.info