Bakıda binalardan birində liftlərin istismarı dayandırıldı - VİDEO

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 10:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhərinin Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 55A ünvanında yerləşən “Çarbağ” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftlərində plan üzrə yoxlama aparılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub:

 

 

“Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Çarbağ” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MMC-nin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub”.