Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 10:58

Avqustun 5-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Gununsesi.info