Meyiti qəbiristanlığın yaxınlığında tapıldı

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 19:39

Ağstafa rayonunda 46 yaşlı kişinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə avqustun 10-u saat 23 radələrində Həsənsu kəndində baş verib.

1980-ci il təvəllüdlü Zaur Novruz oğlu Yolçuyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində – qəbiristanlığın yaxınlığında aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info