Pakistandan daha bir təşəbbüs

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 23:32

Kazinformun Yaxın Şərq müxbirinin verdiyi məlumata görə, İslamabad ABŞ və İran arasındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib ki, “Pakistan hər iki tərəfi danışıqlar masasına qaytarmaq, İslamabad Memorandumunun həyata keçirilməsini təmin etmək və regionda sülh və sabitliyə yol açmaq üçün hər cür səy göstərir”.

Qeyd edək ki, ABŞ və İran arasında memorandumla müəyyən edilmiş 60 günlük müddətin bitməsi ərəfəsində diplomatik fəaliyyət güclənib. Əsas fikir ayrılıqlarından biri Hörmüz boğazından keçmə rejimi olaraq qalır.

Gununsesi.info