Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi

  • Müəllif: Orxan
  • 13 Avqust 2026 10:31

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycanın Milli Qəhrəmanı İbad Mösüm oğlu Hüseynliyə “Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, 21” ünvanında 3 mərtəbədən ibarət qeyri-yaşayış binası tikməyə icazə verib.

Gununsesi.info xəbər verir ki, istehsalat binası olacaq obyektin tikintisinə 31 iyul 2026-cı il tarixli ETİ-78/26 saylı sənəd əsasında icazə verilib.

Qeyd edək ki, 7 iyul 2026-cı il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-4588/2026 saylı, həmçinin 19 iyun 2026-cı il tarixində tikinti layihəsinə dair 42155 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən obyektin tikinti sahəsi 687,88 kv. metr olacaq. yeniavaz.com

Gununsesi.info