Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında əraziyə ANAMA-nın əməliyyat qrupu cəlb olunub. Keçirilən baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib. Tapıntı Agentliyin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib və ərazinin təhlükəsizliyi təmin olunub.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalarla qarşılaşdıqda dərhal “805”, “102” və ya “112” qaynar xətlərinə məlumat verməyə çağırır.












