Günəşdə yeni güclü alışmalar gözlənilir

  • Müəllif: Orxan
  • 03 Sentyabr 2026 13:52

Cümə axşamı və cümə günləri Günəşdə gücünə görə sondan əvvəlki – M sinfinə aid olan alışmaların baş verəcəyi ehtimal olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib.

Məlumata görə, sentyabrın 3-ü və 4-də Günəşdə alışma aktivliyi, əsasən, aşağı səviyyədədir, lakin M sinfindən olan alışmalar mümkündür.

Daha əvvəl də bildirildiyi kimi, çərşənbə günü axşam saatlarında Günəşdə güclü alışma qeydə alınıb.

Rentgen şüalarının intensivliyinə əsasən, Günəşdəki alışmalar beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt şüalanma gücü ilə xarakterizə olunur. Hər növbəti hərflə işarələnən sinfə keçid zamanı bu güc on dəfə artır. Bu cür alışmalar əksər hallarda Günəş plazmasının kütləvi tullantıları ilə müşayiət edilir ki, həmin plazma buludları Yer planetinə çatdığı təqdirdə geomaqnit qasırğalarına səbəb ola bilər.

Gununsesi.info