Qubada 2 minik maşını toqquşdu, xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2026 20:59

Quba–Atuc yolunda 2 minik avtomobili toqquşub.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib. Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Toqquşan nəqliyyat vasitələri “Nissan” və “VAZ-2107” markalı minik avtomobilləridir.

Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info