Yazıçı Xeyrəddin Xoca çayxana və restoranlarda müştərilərə göstərilən xidmət və qiymətlərdən narazılığını ifadə edib.
Gununsesi.info-nun xəbərinə görə, Xeyrəddin Xoca bildirib ki, bir çaynik çay sifariş edən müştərilərə limonlu çay əvəzinə daha bahalı “Çay dəstgahı” təklif edildiyini bildirib.
“Çayxana soyğunçuları bir çaynik çay sifariş verənlərə limonlu çay əvəzinə, “Çay dəstgahı” sırımaq istəyirlər, nəticədə 50-100 manat alırlar!” – deyə o qeyd edib.
Xeyrəddin Xoca bu halların qarşısının alınması üçün aidiyyəti qurumların və ya “güclü bir adamın” müdaxilə edib-etməyəcəyini soruşub.
O, məsələyə “xırdaçılıq” kimi yanaşılmamasını da istəyib:
“Nəzərə alın ki, “xırdaçılıq-filan” etmirik!İnsanlar restoran, çayxana soyğunçularından çox narazıdırlar!”
O, həmçinin xidmət səviyyəsinin də qənaətbəxş olmadığını vurğulayıb:
“Xidmət mədəniyyəti də hər yerdə sıfıra bərabərdir!”.
Elmar












