UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, son tur yekunlaşandan sonra 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları növbəti mərhələyə vəsiqə qazanıblar.
1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. Bu mərhələnin ilk oyunları 2027-ci il martın 25-27-də, cavab qarşılaşmaları isə martın 28-30-da baş tutacaq.
Turnirin final mərhələsi 2027-ci il iyunun 9-13-də təşkil olunacaq.
UEFA Millətlər Liqasının ötənilki qalibi Portuqaliya millisidir.











