Aqşin Yenisey: “Onlara bir şərtlə pul vermək olar…

  • 18 Noyabr 2026 10:34

Yazıçı Aqşin Yenisey Moskvada fəaliyyət göstərən azərbaycanlı ziyalıların Azərbaycan mədəniyyətinin dünyada təbliği məqsədilə hökumətdən maliyyə vəsaiti istəməsinə münasibət bildirib.

Gununsesi.info -nun xəbərinə görə, Aqşin Yenisey hesab edir ki, dövlətçilik məsələlərinə münasibətdə məsuliyyətsiz mövqe sərgiləyən şəxslərin Azərbaycan mədəniyyətini dünyada təbliğ etməsi məqsədəuyğun deyil.

“Московский zиуалылар” yenə hökumətdən pul istədilər və bunu Azərbaycan mədəniyyətinin dünyada təbliği adına etdilər.

Mənə qalsa, “getmədi – şah, gəldi – mat” düşüncəsiylə dövlətçiliyə necə bir ziyan vurduğundan xəbərsiz adamların Azərbaycan mədəniyyətini dünyada təbliğ etməsini istəmirəm, edə biləcəyinə də inanmıram.

Etsəydilər, pulun pul vaxtı, vəzifədə olduqları bu uzun illər ərzində edərdilər. Onlara bir şərtlə pul vermək olar: Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olmasınlar.

Çünki onların təbliğ etdikləri və etmək istədikləri Azərbaycan mədəniyyəti heç Azərbaycanın özündə də bir işə yaramır. Daha bir səbəb isə budur ki, bu təbliğin məqsədi ictimai nüfuz qazanmaqdır, ictimai dəyər yaratmaq deyil”, – deyə Aqşin Yenisey qeyd edib.

Yazıçı sonda Azərbaycanda ictimai nüfuzla ictimai dəyər arasındakı ziddiyyətə də diqqət çəkib:

“Çox təəssüf ki, bu gün Azərbaycanda ictimai nüfuzu olanın ictimai dəyəri, ictimai dəyəri olanın ictimai nüfuzu yoxdur”.

Elmar

Gununsesi.info