Lalə Şövkət əməliyyat olundu

  • Müəllif: admin
  • 22 Avqust 2020 16:40

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S.Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır:

“Vəziyyəti protokola uyğundur”.

Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.

 

 

Gununsesi.info