Deputat Sahil Babayevi parlamentə ÇAĞIRDI

  • Müəllif: admin
  • 13 May 2022 12:26

“Milli Məclisdə qaldırdığımız məsələlərə cavab verilmir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib.

Deputat təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə parlamentdə görüş keçirilsin: “Müzakirə edək ki, biz hər dəfə bu məsələləri plenar iclasda qaldırmalı olmayaq”.

Spiker Sahibə Qafarova məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə tapşırıq verib: 

“Bir neçə dəfə belə müzakirələr keçirmişik. Musa müəllim, belə fikirləri toplayıb, cavablandırarsınız”.

Gununsesi.info