Rusiyalı hərbçilər öz helikopterini vurub -FOTO

Rusiyanın hava hücumundan müdafiə vasitələri Rusiya ordusuna məxsus Ka-52 “Alliqator” tipli helikopteri vurublar.

Gununsesi.info “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi yayıb.

Məlumata görə, hadisə dekabrın əvvəli Zaporojye vilayətində baş verib. Helikopterin ekipajının xəsarət almadığı bildirilir.

Gununsesi.info