Ukraynanın iki döyüş təyyarəsi bir-biri ilə toqquşub, ölənlər var

  • Müəllif: admin
  • 26 Avqust 2023 20:08

Ukraynanın Jitomir vilayətində iki “L-39” döyüş təlim təyyarəsi toqquşub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, döyüş tapşırığını yerinə yetirən təlim təyyarələrinin səmada toqquşması nəticəsində üç pilot həyatını itirib.

Hazırda baş vermiş qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info