İsrail təyyarələri Hələb və Dəməşq hava limanlarını vurdu

  • Müəllif: admin
  • 12 Oktyabr 2023 17:10

Suriya rəsmi mediası İsrail təyyarələrinin Hələb və Dəməşq hava limanlarını vurduğunu bildirib. Hazırda hər iki hava limanı uçuşlar üçün bağlıdır.

Gununsesi.info xəbər verir ki, yerli mətbuatda təyyarələrin xüsusi olaraq uçuş-enmə zolaqlarını hədəf aldığı bildirilib.

Dəməşq və Hələb hava limanlarının bombalanmasından sonra İran təyyarəsi Dəməşqə gedərkən marşrutunu dəyişərək paytaxt Tehrana qayıdıb.

Səid Əhmədli
Gununsesi.info