“Qarabağ”ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət etdi

  • Müəllif: Orxan
  • 20 Fevral 2025 14:06

“Qarabağ”ın futbolçusu Toral Bayramov Ağdama gedib.

Gununsesi.info xəbər verir ki, o, Azərbaycan Milli Qəhrəmanı, “Qarabağ”ın mərhum kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edib.

T.Bayramov instaqram hesabında bununla bağlı etdiyi paylaşıma “Ruhun şad olsun, kapitan” sözlərini yazıb.