Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan tanınmış ictimai-siyasi fəal Bəxtiyar Hacıyev cəzaçəkdiyi müəssisəni dəyişmək istəyir.
Bu barədə Gununsesi.info -ya onun qardaşı Vüqar Hacıyev bildirib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyevin bu qərarına səbəb həmin müəssisədə üzləşdiyi problemlərdir:
“Bəxtiyar bildirdi ki, müəssisənin rəisi Fariz Əliyev ona problemlər yaradır, məhkumlara yaratdığı şərait ona yaradılmır. Xüsusilə ailə üzvlərimizlə görüntülü danışığa icazə verilmir. Həmçinin bir sıra məsələlərlə bağlı da narazıdır. Onun Ombudsman Aparatına və digər aidiyyəti qurumlara ünvanladığı şikayətlər və ərizələr ünvanına göndərilmir. Bəxtiyar bunu ciddi hüquq pozuntusu hesab edir. Biz məcbur olub media vasitəsilə Penitensiar Xidmətin rəisi hörmətli Mirsaleh Seyidovdan xahiş edirik ki, Bəxtiyar Hacıyeviyin müraciətini nəzərə alaraq onu başqa bir cəzaçəkmə müəssisəsində yerləşdirilməsinə göstəriş verilsin”.
Elmar












