Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq

  • Müəllif: Günel
  • 23 İyul 2025 19:17

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

Gununsesi.info