Müstəqil prezidentliyə namizəd Robert Kennedi ABŞ-ın tezliklə inqilabla üzləşəcəyinə əminliyini ifadə edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində fikirlərini bölüşüb.
“Bu ölkədə inqilab olacaq. İdealizmə əsaslanacaq, yoxsa qaranlıq, reqressiv qüvvələrə əsaslanacaq, sual yaranır. Seçim bizimdir”, – deyə Kennedi qeydlər edib.
Xatırladaq ki, ABŞ-da son prezident seçkiləri qalmaqal və keçmiş prezident Donald Trampın səsvermənin nəticələrini tanımaqdan imtinası ilə başa çatıb.
6 yanvar 2021-ci ildə Tramp tərəfdarları Konqresin prezident seçkilərinin nəticələrini təsdiqləməli olduğu Kapitolinin bir hissəsini ələ keçirdilər.
Vaşinqtonda komendant saatı tətbiq edildi və Kapitolini təmizləmək üçün polis, FTB və milli qvardiya göndərildi. Qarşıdurmalar zamanı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.
İlhamə
Gununsesi.info