ABŞ-dan Elin Süleymanovla bağlı bəyanat

  • By admin
  • 28 İyul 2021 09:43

ABŞ-ın Texas ştatından olan Konqres üzvü, demokrat Henri Kuellar Elin Süleymanovun Birləşmiş Ştatlarda səfir vəzifəsi səlahiyyətlərini bitirməsi ilə əlaqədar Konqresdə bəyanatla çıxış edib.

Səfirlikdən bildirilib ki, Konqres spikeri Nensi Pelosiyə ünvanlanmış bəyanatda deyilir ki, Vaşinqtonda uzun müddət fəaliyyət göstərən səfirlərdən biri olaraq E.Süleymanovun regionda sülh və diplomatiyanın rifahının gücləndirilməsində və ABŞ ilə əlaqələrin inkişaf etdirilməsində töhfələri olub. Həmçinin Konqres üzvü, növbəti il ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını diqqətə çatdıraraq təbriklərini söyləyib.

H.Kuelar, Elin Süleymanovun diplomatiyaya qoşulmamışdan öncə Toledo Universitetində ABŞ-ın Maski proqramı ilə təhsil alan ilk Azərbaycanlı olduğunu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (UNHCR) çalışdığı zaman Ermənistanla Azərbaycan arasındakı münaqişə nəticəsində öz evlərindən ayrı düşmüş məcburi köçkünlərə qayğı və müdafiəsini vurğulayıb. Bundan əlavə dünyada diplomatiya sahəsində tanınmış təhsil mərkəzlərindən sayılan Feltçer məktəbində magistr dərəcəsini alan ilk Azərbaycanlı olması qeyd olunaraq Los-Anceles şəhərində ilk Baş konsul vəzifəsində çalışdığı bildirib. Texas ştatı ilə xüsusi əlaqələri vurğulanaraq Laredo şəhərinə səfərləri qeyd olunub və Texas Beynəlxalq Universiteti (TAMİU) ilə əməkdaşlığın qurulduğu nəzərə çatdırılıb.