ABŞ elektrik və neftsiz qaldı – İnfrastruktur çökdü

  • By admin
  • 24 Fevral 2021 17:14

ABŞ elektrik və neftsiz qalıb.

Gununsesi.info xəbər verir ki, dondurucu hava ölkənin enerji infrastrukturundakı problemləri gündəmə gətirib.

Vyana Enerji Araşdırma Qrupunun qurucusu Fereydoun Barxeşli ABŞ-da boru xətləri, anbar, terminal və hətta nasos qurğularının çox köhnə olduğunu deyib.

Dünyanın ən böyük neft ixracatçısı ABŞ-ın neft sənayesinin mərkəzi Texasda soyuq havanın istehsal fəaliyyətini iflic vəziyyətə gətirməsi ölkənin köhnələn enerji infrastrukturunu və sektora sərmayələrin çatışmazlığını ortaya qoyub.

Son 50 ilin ən aşağı temperaturunu görən ştatlarda təbii qaz boru xətləri və külək enerjisi dirəklərinin donması elektriksizliyə və dolayısı ilə neft istehsalının dayanmasına səbəb olub. Nəticədə Texasda istehsal 65 faizə qədər enib. Bu vəziyyətin asanlıqla düzəlməyəcəyi, həftələr tələb olunduğu proqnozlaşdırılır.

Gununsesi.info