Bakı küçələri qardan belə təmizlənir - FOTOLAR

  • By admin
  • 24 Fevral 2021 17:42

Bakı şəhərində küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısı alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.



Gununsesi.info