ABŞ-ın Ukraynaya ayırdığı 6 milyard dollar… – Niyə xərclənməyib?

Bayden administrasiyasının Ukraynaya ayırdığı altı milyard dollar yardımı qalıb.

Gununsesi.infobildirir ki, bu haqda “Foreign Policy” jurnalı adını açıqlamadığı Pentaqondakı mənbələrinə istinadən xəbər yayıb.

“Bayden administrasiyası Ukraynaya silah tədarükü üçün verdiyi icazədə 6 milyard dollar qalıb. ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bunu tədiq edib”, – nəşr yazıb.

Dəstək proqramından əldə olunan pul sentyabr ayında ABŞ maliyyə ilinin sonuna kimi istifadə edilməlidir.

Bundan əvvəl Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova bildirmişdi ki, Kiyev ABŞ-ın hərbi dəstək üçün büdcə proqramlarının maliyyələşdirilməsi başa çatdıqdan sonra Lend-Liz silah tədarükü üçün Vaşinqtona müraciət edə biləcək.

Bununla belə ABŞ Ukraynaya HIMARS MLRS üçün 300 km mənzilli ATACMS raketləri verməyəcək. Ağ Ev bunun Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyindən ehtiyat edir.

Gununsesi.info