ABŞ nüvə sınaqlarını bərpa etməyə hazırlaşır

ABŞ vitse-prezidenti J.D. Vance bildirib ki, ölkə nüvə arsenalının düzgün işləməsini təmin etməlidir.

O, bu açıqlama ilə Prezident Donald Trampın nüvə sınaqlarını bərpa etmə qərarını əsaslandırıb.

Tramp qeyd edib ki, sınaqlar Rusiya və Çin kimi oxşar proqramları olan ölkələrlə “bərabər əsasda” aparılacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bu qərarla bağlı əvvəlcədən məlumatlandırılmayıb və ABŞ-ın moratoriumu pozacağı təqdirdə cavab tədbirləri görülə bilər.

 

Günay

Gununsesi.info