ABŞ Türkiyə banklarını hədələyib

Amerika nümayəndələri Türkiyə maliyyə qurumlarını ziyarət edərək, Rusiya ilə əməliyyatları davam etdirdikləri üçün sanksiyalarla hədələyiblər.

Gununsesi.info xəbər verir ki, bu barədə türk maliyyə konsaltinq sənayesindəki mənbələr bildiriblər.

Bildirilir ki, ABŞ Türkiyə banklarına Rusiya ilə maliyyə əməliyyatlarını davam etdirəcəkləri təqdirdə mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

Türkiyənin maliyyə konsaltinqi sahəsindəki mənbənin məlumatına görə, Amerika nümayəndə heyəti Türkiyənin maliyyə qurumlarının nümayəndələri ilə danışıqlar aparıb, təhdidləri təsdiqləyib və banklara tətbiq oluna biləcək sözdə örtülü sanksiyalara işarə edib.

Martın əvvəlində “Aydınlıq” qəzeti yazıb ki, amerikalı diplomatlar Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə işgüzar əlaqələrini dayandırmağa razı salıblar.

Bu görüşlər zamanı mümkün sanksiyalarla bağlı təhdidlər də səsləndirilib. ABŞ-ın bu fəaliyyəti onların Türkiyə ilə Rusiya arasında maliyyə sektorunda qarşılıqlı əlaqəni məhdudlaşdırmaq niyyətlərinin ciddiliyindən xəbər verir.

VZGLYAD qəzetinin yazdığı kimi, Rusiyaya tranzit yük daşıyan rus şirkətləri Türkiyədə getdikcə daha çox çətinliklərlə üzləşir, çünki türk bankları getdikcə daha çox köçürmələri əngəlləyir və belə şirkətlərin hesablarını bağlayır.

Əvvəllər qeyd olunub ki, Rusiya idxalçıları Çin və Türkiyəyə ödəniş edərkən ciddi çətinliklərlə üzləşməkdə davam edirlər.

 

 

Gununsesi.info