ABŞ Ukraynaya maliyyə dəstəyini dayandırdı

  • By Ayshan
  • 11 Noyabr 2025 20:14

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton artıq Ukraynanın birbaşa maliyyələşdirilməsini dayandırıb.

Gununsesi.info  xəbər verir ki, Trampın sözlərinə görə, bundan sonra Kiyevə silah və digər dəstək NATO kanalları vasitəsilə təmin ediləcək.

ABŞ lideri həmçinin vurğulayıb ki, onun səyləri sayəsində Ukraynadakı münaqişənin qlobal miqyasda dünya müharibəsinə çevrilməsinin qarşısı alınır.