ABŞ və Hindistan arasında ticarətlə bağlı danışıqlar müsbət keçib

  • Müəllif: Admin08
  • 16 Sentyabr 2025 19:37

Hindistan və ABŞ arasında ticarətlə bağlı danışıqlar müsbət keçib.

Gununsesi.info “Reuters“ ə istinadən xəbər verir ki, bu barədə Hindistanın ticarət nazirliyi məlumat yayıb.

“Qərara alındı ki, qarşılıqlı faydalı olan ticarət razılaşmasının ilkin nəticələrinə nail olmaq üçün səylər intensivləşdirilsin”,- nazirlik detallara varmadan bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Hindistana əlavə olaraq 25%-lik tarif vergisi tətbiq etməsi, Vaşinqtonun bu ölkədən aldığı tarif vergilərinin həcmini 50%-ə yüksəldib.

Bu da öz növbəsində ikitərəfli münasibətlərdə gərginliyə səbəb olub.

Gununsesi.info