Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev BBC -yə müsahibəsində iş adamının həbsi barədə danışıb.
Vəkilin sözlərinə görə, iş adamı üçün bu həbs gözlənilməz olub: “O, bu həbsin onun üçün gözlənilməz olduğunu dedi. Adnan Əhmədzadə dözümlülük nümayiş etdirir. İstintaqla əməkdaşlıq edir, suallara cavab verir”.
Bununla belə vəkil mediada müdafiə etdiyi şəxsin təqsirsizlik prezimpusiyasının pozulduğunu deyib.
Firuzə Mahmudova
Gununsesi.info












