AFFA mətbəx avadanlıqları ilə bağlı tender keçirir

  • By admin
  • 17 Dekabr 2020 18:37

Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan mətbəx avadanlıqların alınması ilə bağlı AFFA tender elan edir.
Alınacaq avadanlıqlarla bağlı məlumatla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

 

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi” təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən malların 15.02.2021 tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 05.01.2021-ci il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı tender@affa.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.