Ağ Ev Türkiyəyə dəstəyini ifadə edib -FOTO

“ABŞ Türkiyənin İstanbul şəhərində bu gün (dünən – red) baş verən zorakılıq aktını qətiyyətlə pisləyir”.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer “Twiter” hesabında yazıb.

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, – Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.

Gununsesi.info