Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb

  • Müəllif: Firuzə
  • 28 İyul 2026 19:04

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Gununsesi.info xəbər verir ki, görüş yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başlayıb.

Mediaya qapalı görüşdə Rusiya-Ukrayna müharibəsinin həlli yolları müzakirə edilir.

“Danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, eləcə də müharibənin sülh yolu ilə həlli məsələsi olub” – “rbc.ua”-nın məlumatında qeyd olunur.

Qeyd edək ki, Ağ Evdəki görüşdən sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə gedəcək. Ukrayna Prezidenti həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.

Gununsesi.info