Ağdaşda itkin düşən 28 yaşlı qadın axtarılır - FOTO

  • Müəllif: Firuzə
  • 02 Aprel 2026 19:48

Ağdaş rayon sakini 28 yaşlı Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.


DİN-in Mətbuat Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, S.Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara şalvar və yaşıl rəngli gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-451-69-52 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Ağdaşda itkin düşən 28 yaşlı qadın axtarılır

Gununsesi.info