Ağırlıqqaldıranımız Dünya Kubokunda 3 gümüş medal qazanıb -Fotolar

  • By ilhame
  • 10 Aprel 2024 19:41

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku başa çatmaq üzrədir. 

 

Gununsesi.info xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziyaxarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

 

Bu gün onlardan sonuncusu – Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdənqaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

 

O, təkanlaqaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

 

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Gununsesi.info