Aİ sammiti videokonfrans rejimində keçiriləcək

  • By admin
  • 21 Mart 2021 20:33

25-26 mart tarixlərində Brüsseldə keçirilməli olan Avropa İttifaqının sammiti koronavirusa yoluxma hallarının sayının artması səbəbilə videokonfrans rejimində baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Şurası prezidentinin mətbuat katibi Brend Leyts özünün “Twitter” səhifəsində yazıb.

B.Leyts bildirib ki, bu barədə qərarı Avropa Şurasının prezidenti Şarl Mişel qəbul edib.

Qeyd edək ki, Avropada koronavirusun yayılmasının üçüncü dalğası çərçivəsində hər gün yoluxma hallarının sayında artım müşahidə edilir.

Gununsesi.info